6 Aprel 2016 17:15
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc fəal Bəxtiyar Hacıyev geniş miqyaslı aksiya keçirməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, Bəxtiyar Hacıyevin fikrincə, ATƏT-in Minsk qrupu həmsədrləri Bakıda olduğu müddətdə Bayraq Meydanında Azərbaycan bayrağı ilə vətəndaşlarımızın ən böyük aksiyası təşkil oluna bilər:
“Gənclərin bu gün Bakıda Qarabağa azadlıq tələbi ilə keçirdikləri aksiya çox gözəl addımdır.

Bütün dünyaya, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrlərinə göstərmək lazımdır ki, Azərbaycan xalqı Qarabağın sülh və ya anti-terror əməliyyatları yolu ilə azad edilməsini tələb edir. Bakıya həmsədrlərin səfərləri ərəfəsində, həftə sonu bu aksiyalar böyük miqyasda, daha çox vətəndaşın iştirakı ilə keçirilməlidir. Şənbə günü Bayraq Meydanında Azərbaycan bayrağı ilə vətəndaşlarımızın ən böyük aksiyası təşkil oluna bilər. Gənclər təşkilatları, fəallar bu istiqamətdə addım atsalar, yaxşı olar”.

Nərgiz


Müəllif: