Cəbhə bölgəsində baş verən hadisələr Azərbaycan turizm sənayesinin inkişafının qarşısını ala bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” (AİTF-2016) sərgisinin açılış mərasimidə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazirin sözlərinə görə, cəbhə bölgəsində baş verən hadisələr zamanı Ermənistanın işğalçı qüvvələrinin təxribatlarının qarşısının layiqincə alınıb:
“Son günlər cəbhə bölgəsində bu cür halların baş verməsi Azərbaycan turizm sənayesinin inkişafının qarşısını ala bilməz. Azərbaycan xalqının qonaqpərvərlik və tolerantlıq ənənələri hər zaman ölkəmizə gələn hər bir turistin diqqətini cəlb edir”.
Əbülfəs Qarayev qeyd edib ki, turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün xarici turistlərin rahat, təhlükəsiz istirahəti üçün hər cür şərait var: “15-ci dəfə təşkil olunan Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisinin də bu ənənələrin nümayişi üçün böyük imkanlar açır”.
İlhamə ƏBÜLFƏT