10 Aprel 2016 19:58
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama sabiq dövlət katibi Hillari Klintonun şəxsi poçtundan xidməti məqsədlərlə istifadə etməsi barədə təhqiqata siyasi təsir amili olmayacağına zəmanət verib.

APA-nın məlumatına görə, B. Obama bunu “Fox News” telekanalına müsahibəsində bildirib.

ABŞ prezidenti deyib ki, Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosunun apardığı istintaqda siyasi təsir amili olmayacağına birmənalı zəmanət verir: “Heç Kim qanundan yuxarı deyil. Mən bunu neçə dəfə təkrarlamalıyam?”.

H. Klintonun elektron məktubları ətrafında qalmaqal keçən ilin martında Amerika dövlət müəssisələrinə fasiləsiz kiber-hücumlar fonunda ortaya çıxıb. Sabiq dövlət katibinin xidməti məqsədlər üçün şəxsi elektron poçtundan istifadə etdiyi üzə çıxıb. Respublikaçılar sabiq dövlət katibini daxili təhlükəsizlik qaydalarını ciddi pozmaqda ittiham edirlər. H Klinton da şəxsi elektron poçtundan istifadə etməsinin yanlış olduğunu etiraf edib, ancaq şəxsi elektron poçtundan məxfi xidməti məlumatlar göndərmədiyini bildirib.

Qeyd edək ki, H. Klinton demokratların prezidentliyə əsas namizədidir. Respublikaçılar hələ də seçkiqabağı sabiq dövlət katibinə maksimum siyasi zərbə vurmaq bu məsələdən istifadə etməyə çalışırlar.


Müəllif:

Oxşar xəbərlər