Şəmkirdə bədbəxt hadisə baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Şəmkir şəhərində qeydə alınıb.
Rayonun Posanlı kənd sakini, 1962-ci il təvəllüdlü Ələkbərov Mübariz Məhəmməd oğlu usta kimi işlədiyi mağazanın dam örtüyündən yıxılıb. Onu dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.