11 Aprel 2016 17:56
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artisti Gülüstan Əliyeva may ayında verəcəyi konserti təxirə salıb.

Bu barədə Teleqraf.com-a açıqlama verən Gülüstan Əliyeva səbəblərdən danışıb: “Bu, öz qərarımdır. İndi ən böyük dərdimiz, ən əsas məsələmiz Qarabağdır. Bu günlər ərzində neçə-neçə övladlarımız şəhid oldu. Bu səbəbdən konserti təxirə saldım.

Bilirsiniz ki, mən həm şəhid həyat yoldaşıyam, həm də şəhid bacısıyam. Ona görə bu məsələlər mənə çox yaxındır”.

Müğnni bildirib ki, konsert üçün hazırlıqlar başa çatmaq üzrə idi: “Məşqlərimiz gedirdi, işlərimizin əksər faizi həll olunmuşdu. Amma çəkdiyim xərcə baxmayaraq konserti təxirə saldım”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər