Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusunda yoxlanılarkən iki rəsm tablosu və iki suvenir qabın içərisində yad predmetlərin olduğu görünüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sorğu-sual zamanı həmin vətəndaş əl yükündə gömrük nəzarətindən gizlədilib və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib.
Lakin təkrar baxış nəticəsində vətəndaşa məxsus iki rəsm tablosunun arasında 1100, iki suvenir qabın içərisində isə 400 ədəd olmaqla, cəmi 1500 ədəd “Amor” markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Naibə QURBANOVA