17 Aprel 2016 12:58
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan görmə qabiliyyəti məhdud insanlar üçün "Braille Pad" planşet kompüterlər ixrac edəcək. Bunu Trend-ə "Braille Pad" layihəsinin rəhbəri Rəşid Əliyev deyib.

Onun sözlərinə görə, may ayında Avropa şirkətlərinin biri ilə "Braille Pad" ekranının prototipinin istehsalı məsələsi ilə bağlı danışıqların aparılması planlaşdırılır.

R.Əliyev qeyd edib ki, kütləvi istehsala Çində başlamaq nəzərdə tutulub: "Buna böyük maliyyə vəsaiti tələb olunur. Hesablamalarımıza görə, bu vəsait 1,5 milyon dolları ötə bilər".


Müəllif: