18 Aprel 2016 11:50
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının müdiri Əvəz Ələkbərov mükafata layiq görülüb.

UNEC-dən Teleqraf.com-a verilən məlumata görə, Ə.Ələkbərov “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə ən yaxşı vətənpərvər tədqiqatçı alim qızıl medalı ilə təltif edilib.

Komissiya kafedra müdirinin sosial sığortanın inkişafı, sosial-iqtisadi inkişafın maliyyə-büdcə tənzimlənməsi problemləri sahəsində apardığı uğurlu elmi tədqiqatlarını da yüksək qiymətləndirib.

Qeyd edək ki, Ə.Ələkbərov 1999-2006-cı illərdə Azərbaycanın maliyyə naziri olub. 2016-cı ilin fevral ayından isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiridir.

Səxavət


Müəllif: