19 Aprel 2016 12:36
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kimya, riyaziyyat, fizika, biologiya və informatika fənləri üzrə Respublika fənn olimpiadalarının nəticələrinə əsasən, 16 nəfər birinci, 33 nəfər ikinci, 54 nəfər üçüncü yeri qazanıb".

Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib: "Birinci mərhələdə riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif üzrə 27500 şagird iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4500-ə yaxın şagird bilik və bacarığını nümayiş etdirib".

Emin Əmrullayev qeyd edib ki, fənn olimpiadalarının final mərhələsinə dəqiq fənlər üzrə 271 şagird qatılıb:
"Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi isə 22-24 aprel 2016-cı il tarixlərində fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək. Bu fənlər üzrə 415 şagird bilik və bacarığını nümayiş etdirəcək".

Şöbə müdiri həmçinin əlavə edib ki, Naxçıvan MR-nın şagirdlərinin nəticələri və informatika fənni üzrə ümumi nəticələr aprelin 19-da elan olunacaq.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər