Aprel 21-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Direktorlar Şurasının ilk iclası keçiriləcək.
Bu bərədə Teleqraf.com-a DİM-dən məlumat verilib.
Xatırladırıq ki, Azərbaycan Prezidentinin sərəncamları ilə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov təyin ediliblər.
Prezidentinin sərəncamı ilə Direktorlar Şurasının ictimai əsaslarla fəaliyyət göstərəcək üzvləri isə aşağıdakı tərkibdə təsdiq olunub:
Kamil Aydazadə- Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor,
- Ceyhun Bayramov- Azərbaycan Respublikası təhsil nazirinin müavini,
- Niyazi Hacıyev- Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini, general-leytenant,
- Fariz İsmayılzadə- ADA Universitetinin prorektoru.
İlhamə Əbülfət