21 Aprel 2016 20:52
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Hindistanın Kerala ştatındakı məbəddə baş vermiş güclü yanğın nəticəsində 102 nəfər öldü, 300-dən çox adam yaralandı. Kollam şəhərində yerləşən məbəddə yanğına dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması səbəb olmuşdu.

Polis fişəng partlayışının təhlükəli olduğu barədə məbəd idarəçilərini əvvəllər xəbərdarlıq etsə də, buna məhəl qoyulmayıb. Bakının şadlıq evlərində də toy mərasimləri zamanı göyə fişənglər atılır. Bu, həm yanğın təhlükəsi, həm də səs-küy yaradır.

“Leon” şadlıq sarayından Teleqraf.com-a bildiriblər ki, fişəng atılması toy sahibinin istəyindən aşlıdır: “Cütlüklər belə bir arzuda olarsa, restoran fişəng atımını təşkil edir”.

“Ay işığı” şadlıq sarayından deyiblər ki, ailə quran gənclərin heç də hamısı fişəng arzulamır: “Baxır kimlər fişəng istəyir... İmkanı olan cütlüklər toylarında gecə saat 12-də fişəng atılmasını istəyirlər. Biz də onların istəyini nəzərə alırıq. Əhalinin narahatlığı ilə bağlı bizə belə hər hansı irad bildirilməyib”.

“Gilavar” şadlıq sarayının adminstratorunun sözlərinə görə, son zamanlar toylarında fişəng atılmasını istəyən cütlüklər azalıb.

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin sözlərinə görə, toylardan sonra fişəng atılması şəhər sakinlərini narahat edir: “Bununla bağlı sakinlər müraciət etsələr, müəyyən tədbirlər görülməlidir. Çünki bu məsələ inzibatı Xətalar Məcəlləsi ilə tənzimlənir”.

Ekspertin sözlərinə görə, fişənglər mağazalarda açıq satışdadır, vergi ödənilir: “Amma qanun onlardan istifadə qaydaları tənzimləmir. Qanunda bu boşluq var. Çünki onlardan yanlış istifadə böyük faciə yaşada bilər. Müvafiq mərkəzi icra hakimiyyəti orqanı normativ hüquqi akt qəbul etməlidir”.

İlhamə ƏBBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər