Ehtiyatsızlıqdan açılan atəş nəticəsində hərbi qulluqçu vəfat edib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, ehtiyatsızlıqdan açılan atəş nəticəsində aldığı güllə yarasından Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Həsənov Təbriz Bəxtiyar oğlu vəfat edib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Allah rəhmət eləsin!