Tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas edilib, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.
Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Adminstrasiyasının və "Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi" QSC-nin birgə məlumatı yayılıb.
Teleqraf.com həmin məlumata istinadən xəbər verir ki, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT-2" tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına "SOS" siqnalı daxil olmuş, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.
Tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas edilib, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.