Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Teleqraf.com xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 29-da Qəbələ rayonunda Oğuz, Şəki və Qəbələ rayon sakinlərini qəbul edəcək.
Qəbul Qəbələ şəhəri Mədəniyyət Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur”.