25 Aprel 2016 16:37
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Binəqədi rayonunda 7-ci mikrorayon S.S.Axundov küçəsində yeni “Gənclər evi”nin açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Gənclər və idman naziri Azad Rəhimov, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak ediblər.

Azad Rəhimov bununla ölkədə 38 "Gənclər evi"nin istifadəyə verildiyini diqqətə çatdırıb: “Gənclər evlərinin yaradılması prosesi 2006-cı ildən başlayıb. 2006-2008-ci illərdə 5, 2009-2012-ci illərdə 12, 2013-2015-ci illərdə 19 “Gənclər Evi” tikilib gənclərin istifadəsinə verilib”.

İlhamə ƏBÜLFƏT


Müəllif: