Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Göygöl rayonunda vətəndaşları qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, Göygöl rayonunda keçiriləcək qəbulda, Gəncə, Daşkəsən, Samux, Gədəbəy, Göygöl rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul may ayının 4-də, saat 12:00-da Göygöl rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) xahiş olunur.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
İlhamə Əbülfət