Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov cəbhə bölgəsində olub.
Teleqraf.com-un xəbərinə görə, nazir erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribatlar nəticəsində Ağcəbədi rayonunun Qaraxanlı kəndində yanan evə baxış keçirib. Burada kənd sakinləri ilə görüşən Hüseyn Bağırov dəymiş ziyanla maraqlanıb.
Daha sonra nazir Ağdam rayonunun Çəmənli, Mahrızlı və digər yaşayış məntəqələrinə baş çəkərək, dağılmış və ziyan dəymiş tikililərlə maraqlanıb.
Xalid Salmanbəyli