28 Aprel 2016 17:05
342

Aprelin 28-də Bakı şəhəri Binəqədi rayonunun Mədəniyyət mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, Azərbaycan Şəhər və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Ümumi yığıncağın işində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Nəzarət-təftiş komissiyasının hesabatları, 2016-cı il üçün büdcə, yerli büdcəninformalaşması və iqtisadi potensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulmasıməsələləri müzakirə olunub.

Qeyd edilib ki, hesabatı əhatə edən dövrdə Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri hökumət təşkilatları, xarici ölkələrinassosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini müntəzəm davam etdirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının Regionalidarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş bölməsinin müdiri Emin Eyvazov öz çıxışında qeyd edib ki, bələdiyyələr ölkəmizin inkişafındaəhəmiyyətli rol oynayır, onlar cəmiyyətdə özünəməxsus nüfuz qazanıb, əhalini narahat edənsosial əhəmiyyətli məsələləriinin həllini tapmağa, vətəndaşları yerli özünüidarəetməproseslərinə cəlb etməyə çalışıb. Bu işdə Milli Assosiasiyaların böyük töhfəsi var. Son 1il ərzində Milli Assosiasiyalar tərəfindən bələdiyyələrin fəaliyyətlərinin əlaqələndirilməsi, bu sahədə ortaya çıxan problemlərin həll edilməsi, ölkəmizdə yerli özünüidarəetməningücləndirilməsi və inkişaf etdirillməsi üçün bir çox işlər görülüb. Bələdiyyələrimiz işlərinielə qurmalıdır ki, həm büdcə gəlirləri öz tələblərini ödəyə bilsin, həm də vətəndaşlararasında nüfuzu və hörməti artsın. Bələdiyyələrimiz irəliləyişin əldə olunması üçün vergiödəyicilərinin dəqiq uçotunu aparmalı və yerli büdcələrə daxilolmaların artmasını təminetməlidir ki, layihələrin sayı çoxalsın, vətəndaşların sosial sifarişləri tam təmin edilsin,bələdiyyələrin fəaliyyətinin səmərəliliyi qənaətbəxş olsun“.

Tədbirdə bir sıra təşkilati məsələlərin müzakirəsi də aparılıb.


Müəllif: