18 İyun 2014 13:07
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” IV Respublika elmi konfransı keçiriləcək.

AMEA Milli Azərbaycan Tarixi Muzeyindən Teleqraf.com-a verilən məlumata görə, konfransda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Memarlıq və İncəsənət İnstitutu, A.A.Bakixanov adına Tarix İnstitutu, Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Gəncə Regional Elmi Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Turizm təhsili bölməsi, UNİCER özəl məktəbini təmsil edən tədqiqatçıların – ümumilikdə 35 nəfərin çıxışları gözlənilir.

Məruzələr tarix, arxeologiya, memarlıq, etnoqrafiya, numizmatika, sənətkarlıq, ədəbiyyat, dövlətçilik, tarixi silahlar, muzeylərdə bərpa işi, muzeylərdə sərgilər, muzey bələdçiləri, muzey pedaqogikası sahələrini əhatə edir.

Tədbir Milli Azərbaycan Tarixi Muzeyində 2014-cü il iyunun 19-da saat 12.00-da başlayacaq.

NİGAR


Müəllif: