2 May 2016 12:16
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yalan məlumatdır, mən sağ-salamatam”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında səhər saatlarında ölüm xəbəri yayılan əməkdar artist Məcnun Hacıbəyov deyib.

Hazırda Qubanın İkinci Nügədi kəndində yaşayan aktyor baş ağrılarından əziyyət çəkdiyini qeyd edib: “Başım tez-tez hərlənir. Hava ilə əlaqədar bir gün yaxşı, bir gün pis oluram. Hazırda kənddəyəm. 6 ildir burda yaşayıram.

Həyat yoldaşım rəhmət gedib, üç oğlum, bir qızım, yeddi nəvəm, iki nəticəm var. Hamısı Bakıda yaşayır.
Mənə burda baxan yoxdur, tək özüməm. Övladlarım, nəvələrim yay aylarında yanıma gəlir”.

Məcnun Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Yeni evlənənlər", "Gənclik macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat", "Sabiqlər", "Şirin bülbül", "Sarıköynəklə Valehin nağılı" kimi film və televiziya tamaşalarında rol alıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər