18 İyun 2014 15:01
603

Gənclər və idman naziri Azad Rəhimov iyunun 24-də Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarının sakinləri iştirak edəcək.

Qəbul saat 11:00-da Ağcabədi Gənclər Mərkəzində (Ağcabədi şəh,Heydər Əliyev prospekti Şahmat Məktəbinin yanı) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı iyunun 17-dən 23-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Ağcabədi - 050-515-29-00;
[email protected]

Beyləqan - 055-743-12-12;
[email protected]

Biləsuvar - 050-504-44-22;
[email protected]

İmişli - 050-635-66-49;
[email protected]


Müəllif: