Azərbaycan Dövlət Pedaqoji Universitetinin keçmiş rektoru Yusif Məmmədova yeni vəzifəyə təyin edilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bundan sonra Yusif Məmmədov təhsil nazirinin müşaviri kimi fəaliyyət göstərəcək.
Yusif Məmmədov bir neçə gün öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsindən azad olunub.