11 May 2016 12:20
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şəhər sakinlərinə problem yaratmasın deyə treklər yarış ərəfəsində quraşdırılacaq".

Teleqraf.com xəbər verir ki, bunu Bakı Şəhər Halqasının tikinti üzrə meneceri Tomas Buçer
Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisi ilə bağlı mətbuat konfransında bildirib.

Tikinti üzrə menecer deyib ki, tras iyunun 16-sı səhər saatlarında istismara veriləcək: "Bu müddətədək bəzi işlər görüləcək. Bu, şəhər treki olduğu üçün sakinlərə problem yaratmasın deyə trek yarış ərəfəsində istifadəyə veriləcək. Hələlik beton bloklar sona qədər qoyulmayıb. Əhalini daha çox narahat etmək istəmirik".

Tomas Buçer gələcək yarışlarda yeni trasların hazırlanması haqda da məlumat verib: "Biz istəməzdik ki, hansısa döngəni kopyalayaq. Bizə hər hansı yeni tras təklifi veriləndə çalışırıq ki, yeni döngələr yaradaq.

Bakı trası ilə bağlı isə 3 variant hazırlandı və sonda hazırkı trasın hazırlanmasına qərar verildi. Əsas meyar Bakının gözəl, görkəmli yerlərinin nümayiş etdirilməsi və trasın mürəkkəb olması idi.

Qəmbər daşlarının örtülməsinə gəlincə, biz bu cür təcrübədən istifadə etməmişdik. Bununla bağlı müzakirələr apardıq və qərar verdik ki, onu xüsusi örtüklə örtək. Ən əsası odur ki, həmin əraziya asfalt qatı heç bir zərər yetirməyəcək. Digər treklərlə müqayisədə Bakı treki mənim daha xoşuma gəlir".

İlhamə


Müəllif:

Oxşar xəbərlər