11 May 2016 19:05
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda cinsi tarazlığın pozulmasında selektiv abortların geniş yayılması, sosial, iqtisadi amillər, qadınların məşğulluq səviyyəsinin artması təsir göstərir. Eyni zamanda, qadınlar arasında kontraseptivlərdən istifadə hallarının artması ümumi doğum əmsalının aşağı düşməsinə gətirib çıxarır".

Teleqraf.com xəbər verir ki, bu fikirləri BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndələyinin baş müşaviri Fərid Babayev deyib.

Onun sözlərinə görə, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da oğlan uşaqlarına meyllilik çoxdur. Bu gələcəkdə böyük fəsadlara gətirib çıxara bilər. Əvvəllər Cənub-Şərqi Asiya ölkələrində yaşanan qadın azlığı problemi bu gün Azərbaycanda da yaşanır. Ona görə də kontraseptivlərdən istifadə məsələsi cins nisbətinin aradan qaldırılmasına dair dövlət proqramına inteqrasiya olunmalıdır.

Baş müşavir deyib ki, hazırda Azərbaycanda doğulan hər 100 oğlana 116 qız düşür: "Yəni oğlanlar qızlardan 10-11 faiz çoxdur. Azərbaycanda 1975-1980-ci illərə qədər doğulan uşaqların cins nisbəti pozulmayıb. 1998-ci ildən isə cinsi nisbətin pozulma dinamikası artıb.

Bunun üçün də cinsi nisbətin pozulmasının qarşısını almaq üçün bütün aiddiyyəti qurumlar problemin həllinə cəlb olunmalıdır. Bu sahədə BMT-nin Əhali Fondu dövlət qurumları ilə əməkdaşlıq etməyə hazıdır.


Müəllif: