12 May 2016 14:09
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam stabildir”.

Teleqraf.com-un məlumatına görə, bu barədə Respublika Taun Əleyhinə Stansiyada Azərbaycanda hazırki epidemioloji duruma həsr olunmuş “dəyirmi masa”da məlumat verilib.

Stansiyasının müdiri Rakif Abdullayev deyib ki, bu sahədə heç bir çətinlik yoxdur. Stansiya müdiri qeyd edib ki, ötən illərlə müqayisədə son 4 ayda Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı azalma tendensiyası müşahidə olunur: “Əsas müraciətlər isə mövsümi qriplə əlaqəli olub. Əvvəlki illərə nisbətən bu sahədə də azalma qeydə alınıb. Yay mövsümündə əsas vəba xəstəliyi ilə bağlı stansiyaya müraciət daxil olur.

May ayından oktyabr ayına kimi 16 stasionar nöqtədə açıq su mənbəyindən su nümunələri götürülərək yoxlanılır. Digər yoluxucu xəstəliklər, eləcə də quş qripi ilə bağlı heç bir təhlükə yoxdur. Çünki yay fəslində belə hallar demək olar ki, müşahidə olunmur. Buna səbəb yayda quşların miqrasiyasının olmamasıdır”.

Rakif Abdullayev əlavə edib ki, sərhədlərdə bütün stansiyalarda yoxlama komissiyaları fəaliyyət göstərir. Bütün hərarətli xəstələrin yoxlanıldığını deyən stansiya müdirinin sözlərinə görə, onlarda hansısa yoluxucu xəstəliklər aşkar olunarsa, həmin şəxslər Ağciyər İnstitutunda hospitallaşdırılır və müayinələri aparılır.

İki aydan sonra Respublika Taun Əleyhinə Stansiyanın binasının yeni ünvana köçəcəyini deyən Rakif Abdullayev orada da müasir tipli laboratoriya fəaliyyət göstərəcəyini bildirib: “Yeni bina Nizami rayonu ərazisində olacaq. Hazırda həmin binada son tamamlanma işləri gedir. Orada 4 səviyyəli laboratoriyadan 3-ü təşkil olunacaq”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər