12 May 2016 16:45
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ polisi Florida ştatının Xolms-Biç şəhərinin sakini olan qadını həbs edib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, qadın ailə münaqişəsi zəminində ərinə hücum etməkdə təqsirləndirilir. Belə ki, qadın ərini paltarasanla döyüb. Buna evin kişisinin Analar Günü münasibətilə uğursuz hədiyyə seçməsi səbəb olub. Gül dəstəsi və konfetlərdən ibarət sürpriz nəinki qadının xoşuna gəlməyib, hətta onu bərk qəzəbləndirib.

Məişət zorakılığına görə 42 yaşlı Virciniya Styüart cinayət məsuliyyətinə cəlb olunub. Saxlanıldıqdan sonra qadın həbsxanaya göndərilib. Lakin sonrada o, 750 dollar müqabilində azadlığa buraxılıb.

"The Smoking Gun"un xəbərinə görə, bazar günü evin kişisi xanımını Analar Günü münasibətilə təbrik etmək üçün ona gül dəstəsi və konfetlər alıb. Lakin Styüart ərinin hədiyyəsinin hiddətlə qarşılayıb. Hədiyyələrin pis olduğunu deyən qadın ərindən qisas almaq qərarına gəlib. O, əvvəlcə evin kişisini yumruqlayıb, daha sonra isə paltarasanla döyüb. Bundan öncə isə qəzəblənən qadın evdə qab-qacağı qırıb, fincanları döşəməyə çırpıb.

Bundan sonra onun əri 911 xilasetmə xidmətinə müraciət edib. Hadisə yerinə gələn polis kişinin bədənində çoxsaylı xəsarət izləri - göyərmə və qanama aşkarlayıb. Qadının xüsusilə də ərinin sol üzünə ağır zərbələr endirib.

Hadisə ilə bağlı məhkəmə iclası iyunun 9-na təyin edilib. Məhkəməyə qədər qadına əri ilə istənilən əlaqə yasaq edilib.

Nihad


Müəllif:

Oxşar xəbərlər