Səhiyyə Nazirliyinin QIÇS-lə mübarizə Mərkəzində IIV, QIÇS-lə mübarizəyə həsr olunmuş "dəyirmi masa" keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən mərkəzin rəhbəri Esmira Alməmmədova bildirib ki, IIV infeksiyası /QIÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ciddi problem kimi qalmaqdadır. Azərbaycan IIV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan infeksion narkotik istifadəçiləri arasında yayılıb.
2016-cı ilin ilk 3 ayı ərzində aşkarlanan IIV-ə yoluxma hallarının 24,8 faizi, 1987-ci ildən indiyə qədər aşkarlanan halların isə 49,3 faizi infeksion narkotik istifadəsi nəticəsində baş verib.
Bu ilin 3 ayı ərzində Azərbaycanda IIV-ə yoluxması yeni aşkarlanan insanların sayı 125 nəfər olub. Onlardan 121 nəfəri Azərbaycan vətəndaşı, 4 nəfəri əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 121 Azərbaycan vətəndaşının 84-ü kişi, 37-i qadındır. Bu dövr ərzində QIÇS mərhələsinə keçən ölkə vətəndaşlarının sayı 44 nəfər olub, eyni zamanda IIV infeksiyasından 9 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub.
Naibə Qurbanova