Xəbər verdiyimiz kimi, bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qızı Sümeyyenin toyudur.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Avropanın ən böyük mərasim salonlarından olan "Yahya Kemal Beyatlı" mərkəzində keçirilən mərasimə dünya liderləri də qatılıb. Nikah mərasimindən sonra Sümeyye və Selcuk Bayraktarın həyatından bəhs edən qısa film nümayiş olunub.
6 min insanın qatıldığı toyda Ərdoğan çıxışı edərək "Sümeyyeye uşaqlıqda "ceyranım, gözümün nuru" deyərdim. İndi də bir ceyran kimi yuvasından ayrılır" sözlərini deyib.