16 May 2016 01:25
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 24-də İranın paytaxtı Tehran şəhərində “Bəharan” mədəniyyət musiqi salonunda Dədə Şəmşirin xatirəsinə həsr edilmiş Beynəlxalq Aşıq Musiqisi Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İran Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri aşıq Səlcuq Şəhbazinin təşəbbüsü ilə keçiriləcək bu festivalda İranın bütün bölgələrindən, həmçinin, qardaş Türkiyədən, Azərbaycandan, Gürcüstandan aşıqlar dəvət olunub. Aşıq Səlcuq Şəhbazi bildirib ki, dövlət adamları, nazirlər, nazir müavinləri, deputatlar, şəhər rəsmiləri və İrandakı diplomatik korpusların nümayəndələrinin də iştirak edəcəkləri bu festivala hazırlıq 3 aydan çox vaxt aparıb.

Fstivalda aşıqların ifasında Dədə Şəmşirin sözləri oxunacaq və 6 ustad aşıq “Dədə Şəmşir” diplomu ilə təltif ediləcək.


Müəllif:

Oxşar xəbərlər