“Bizim vokal təhsilimiz çox zəifdir. Hətta deyərdim, ibtidai formadadır”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti, Opera və Balet teatrının solisti Samir Cəfərov deyib.
Samir Səfərovun sözlərinə görə, bu sənəti inkişaf etdirmək üçün xüsusi proqram hazırlamaq lazımdır: "Mədəniyyət sahəsinə dövlət qayğısı yüksək səviyyədədir. Müxtəlif musiqi festivalları keçirilir, alətlər alınır, sənətkarlara fəxri adlar, təqaüd verilir. Amma nəticə məni qane etmir. Çünki sistem düz deyil. Bunun üçün xüsusi proqram hazırlanmalıdır.
Hazırda Konservatoriya, Musiqi Akademiyası, Musiqi kolleci toylar üçün kadr yetişdirir. Təəssüf ki, belədir”.
Nərmin