18 May 2016 17:45
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfirinin xanımı Ann Sekuta Qubadlı məcburi köçkün icmasının şagirdləri və müəllimləri ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, xanım Sekuta Sumqayıtda yerləşən Qubadlı kənd məktəbini ziyarət edib.
Amerika günləri tədbirləri çərçivəsində o, uşaqlara sevimli romanlarından biri olan “Prairie Little House” adlı Amerika romanından bir parça oxuyub və şagirdlərlə Amerika Birləşmiş Ştatları ərazisinin ilk ixtiraçılarının tarixini müzakirə edib. Ann Sekuta həmçinin ABŞ səfirliyi tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş kitabların nüsxələrini onlara paylayıb və şagirdlər tərəfindən hazırlanmış təqdimatları izləyib.
O, həmçinin məktəblilərin yüksək ingilis dili bacarıqlarını tərifləyib.

Qeyd edək ki, Qubadlı kənd məktəbi ABŞ Səfirliyinin dəstəyi ilə 2004-cü ildə təmir edilib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər