20 May 2016 11:29
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 təqaüd yeri ayrılıb.

Bu barədə Teleqraf.com-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, 2007-2015-ci illərdə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış gənclərin əksəriyyəti əsasən tibb, iqtisadiyyat, yüksək texnologiyalar, mühəndislik ixtisas istiqamətləri üzrə təşkil edir.

Nazirlik Azərbaycandan ən çox tələbə göndərilən xarici ölkələrin də adlarını açıqlayıb: “Ən çox təhsil alınan ölkələr siyahısında əsasən Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada və Niderland Krallığı təşkil edir. Bu günədək Dövlət Proqramı çərçivəsində 1300-ə yaxın gənc təhsillərini başa vuraraq məzun olub”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər