Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Əsgərabad kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 99 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.