21 May 2016 12:08
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 20-də Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko ilə görüşüb.

Azərbaycanın Rusiyadakı Səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı P.Bülbüloğlu Azərbaycan Prezidentinin sərəncamı ilə Sankt-Peterburq şəhərində yeni təyin olunmuş Baş konsul Sultan Qasımovu qubernatora təqdim edib.

Həmçinin Azərbaycan ilə Sankt-Peterburq arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müzakirə olunub. Turizm, mədəni-humanitar, kənd təssərüfatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. Söhbət əsnasında Sankt-Peterburqda tikilməsi planlaşdırılan loqistika mərkəzinin verəcəyi töhfə önə çəkilib.

Bundan əlavə 2016-cı ilin 16-18 iyun tarixlərində Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan Peterburq Beynəlxalq İqtisadi Forumunda ölkəmizin nümayəndə heyətinin iştirakı, Azərbaycan Hökuməti ilə Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilmə tarixləri, mövcud olan müqavilələrə bir daha baxılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Baş konsulluğun işinin daha da canlandırılması və bunun üçün şəhər administrasiyası ilə daha yaxından əməkdaşlığın zəruriliyi qeyd olunub.


Müəllif:

Oxşar xəbərlər