21 May 2016 19:30
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada dini ekstremizm və ksenefobiya ilə məşğul olan MDK icmasının “VKontekte” sosial şəbəkəsindəki çoxmilyonluq səhifəsi qapadılıb. Teleqraf.com TASS-a istinadən xəbər verir ki, Sankt-Peterburqun Smolnı rayon məhkəməsi mayın 21-də belə bir qərar qəbul edib. Bu gün səhifəyə daxil olanlar “Səhifə Sankt-Peterburqun Smolnı rayon məhkəməsinin qərarı ilə 27 oktyabr 2015-ci ildən etibarən bağlıdır” bildirişi ilə qarşılaşıblar.

Qeyd edək ki, 2015-ci ilin oktyabrın 27-də sözügedən məhkəmə MDK səhifəsində qanunla yayımına icazə verilməyən informasiyaların yayıldığını bildirib və səhifəyə girişə məhdudiyyət tətbiq edib. Həmin ilin avqustunda şəhər prokurorluğu saytın inanclı insanların hisslərinin təhqir etməsi, müxtəlif dinlərə etiqad edən və fərqli milli mənsubiyyətə məxsus insanların ləyaqətinin təhqir olunması ilə bağlı bəyanat verib. Sankt-Peterburq Dövlət Pedaqoji Univetsitetinin ekspertləri bu ittihamın əsaslı olduğu qənaətinə gəliblər.

Qeyd edək ki, MDK icmasının “VKontakte”dəki səhifəsinin 7,1 milyon nəfərdən çox abunəçisi var idi. Səhifənin aylıq ümumi auditoriyasının sayı isə 12 milyon nəfərə çatırdı. 2011-ci ildə fəaliyyətə başlayan icmanın xalis gəliri illik 1,3 milyon dollar idi.

Səxavət


Müəllif:

Oxşar xəbərlər