19 İyun 2014 19:41
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində müəllimlər üçün ilk dəfə keçirilən sınaq qiymətləndirmənin nəticələrinin emalı prosesi yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, hazırda sayta yerləşdirilmənin texniki tərəfləri həll olunur. Nəticələrin ən qısa müddət ərzində yerləşdirilməsi planlaşdırılır.

Müəllimlərin çoxsaylı müraciətlərini və xahişlərini nəzərə alaraq, sınaq qiymətləndirmənin nəticələrinin idarənin saytında yaradılacaq bölmədə yerləşdirilməsi qərara alınıb. Müəllimlər nəticələrlə iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla tanış ola biləcəklər.

Sınaq qiymətləndirmədə iştirak edən bir qisim müəllimin cavab kartlarında şəxsi məlumatlarının kodlaşdırılmasında etdiyi səhvlər (və müəllimlərin əziyyəti nəzərə alınaraq həmin səhvlərin düzəldilməsi) emal prosesini müəyyən qədər ləngidib.


Müəllif: