Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Azərbaycan Mətbuat Şurası ilə birlikdə “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.
Mükafatlandırma
I yer - 1 nəfər - 800 manat
II yer - 2 nəfər - 500 manat
III yer - 3 nəfər - 300 manat
Həvəsləndirici mükafat – 10 nəfər – 100 manat
Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;
Materialların mövzunu dolğun əhatə etmə səviyyəsi;
- “Aprel müharibəsi” və yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidməti;
- “Aprel müharibəsi”nin Milli Qəhramanları Murad Mirzəyev, Samit İmanov və Şükür Həmidovun həyat və döyüş yolu;
- “Aprel müharibəsi”nin beynəlxalq ictimai rəydə təzahürü;
- “Aprel müharibəsi”nin Azərbaycan cəmiyyətində doğurduğu ab-hava;
- “Aprel müharibəsi” və Qarabağ münaqişəsinin həlli ilə bağlı perspektivlər.
Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;
İfadə vasitələrinin zənginliyi;
Oxucu üçün informasiyalılıq dərəcəsi;
Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə.
Müsabiqəyə 2016-cı ilin may ayının 25-dən iyun ayının 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
Yazıda “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.
Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də
verilməsi şərt deyil.
Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.
Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.
Təqdimat zərfində yer almalıdır:
yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti;
yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);
yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);
materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir);
diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);
yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.
Müsabiqə üçün yazılar 2016-cı il may ayının 26-dan iyun ayının 20-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
Qaliblərin adları 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində açıqlanacaq.
Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.
Əlaqə telefonu:
(012) 441 35 30, (012) 594 21 48
(055) 201 99 26, (050) 623 26 88