24 May 2016 10:47
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsinin, daha dəqiqi 14 km-lik "Ağsu aşırımı"nın təmiri işlərinə start verilib.

Bu barədə Teleqraf.com-a "Azəravtoyol" ASC-dən məlumat verilib.

Uzun müddətdir ki, təmir olunmadığından və intensiv hərəkət nəticəsində yolun asfalt-beton örtüyündə qabarmış və dağılmış hissələr yaranıb. Bunu aradan qaldırmaq üçün təmir işləri zamanı asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır. Əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə yolun 80 min m2 -dan çox ərazisinin asfaltlanması nəzərdə tutulub.

Bu işlərə paralel olaraq yol boyu çiyinlərin bərkidilməsi və küvetlərin təmizlənməsi işləri də aparılır.

Təmir işləri "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Təmir işləri səbəbi ilə "Ağsu aşırımı" ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb. Sürücülərdən məhdudlaşdırmanın tətbiqi müddəti ərzində alternativ olaraq Muğanlı-İsmayıllı, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi və bu yollara birləşən digər avtomobil yollarından istifadə etməkləri tövsiyyə olunur.


Müəllif:

Oxşar xəbərlər