24 May 2016 09:04
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi “Yeni hədəflərə doğru” vətəndaş həmrəliyinin gücləndirilməsi layihəsinin icrasına başlayır.

Təşkilatdan verilən məlumata görə, Azərbaycan Respublikasının son zamanlar həyata keçirdiyi genişmiqyaslı və fundamental islahatlara vətəndaş cəmiyyəti tərəfindən zəruri dəstəyin təmin olunması formalarının öyrənilməsi, həmçinin praktiki səviyyədə nəzərdən keçirilməsi layihənin əsas ideyasıdır. Həmçinin islahatlar nəticəsində əldə etdiyimiz nailiyyətlərin ictimaiyyət arasında təbliği sahəsində aparılan maarifləndirmə işlərini gücləndirməkdən ibarətdir.

Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq və layihənin rəhbəri Rufiz Qonaqov bildirib ki, layihənin həyata keçirilməsində müəyyən istiqamətlər seçilmiş, qrafiqə uyğun olaraq, müəyyən olunmuş istiqamətlər sahəsində 3 konfrans keçiriləcəkdir. Layihə ilə eyni adlı - “Yeni hədəflərə doğru” vətəndaş həmrəliyinin gücləndirilməsi konfranslarında QHT təmsilçilərinin, gənclərin, mətbuat nümayəndələrinin iştirakı planlaşdırılır:

“Konfranslar Bakı, Gəncə və Quba şəhərlərində keçiriləcək. Konfranslarda sosial, iqtisadi, siyasi və s. islahatlar və bu islahatların əhəmiyyəti, genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu və cəmiyyətin həyata keçirilən islahatların icrasına münasibəti müzakirələr aparılacaq. 3 ay müddətinə həyata keçirilən layihə zamanı müxtəlif internet aksiyalar da təşkil olunacaq”.

BMAM sədri Rufiz Qonaqov bildirib ki, layihənin həyata keçirilməsi ilə ictimaiyyət siyasi sistemin həyata keçirdiyi sosial, iqtisadi, siyasi və s. islahatlarla daha yaxından tanış olacaq: “ Keçirilən genişmiqyaslı islahatlar vətəndaş cəmiyyəti birlikləri həmçinin individual şəxslər arasında daha da effektiv formada təbliğ olunacaq və vətəndaş cəmiyyəti ilə siyasi institutlar arasında qərarların qəbul edilməsi və icrası mexanizmində yeni əlaqələrə nail olunacaq”.


Müəllif:

Oxşar xəbərlər