Bu gün günortadan sonra Gəncədə güclü qasırğa baş verib.
Bu barədə Teleqraf.com-a Gəncə sakinləri məlumat verib.
Sakinlərn sözlərinə görə, saat 15:00-dan sonra şəhərdə dolu yağmağa başlayıb: “Daha sonra güclü külək, leysan baş verdi. Bəzi yerlərdə elektrik kəsildi. İndi leysan zəifləyib, elektrik enerjisinin verilməsi fasilələrlə verilir. Tufan zamanı, ağaclar aşdı, küçələri su basdı”.
Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xəbər verilmişdi ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunacaq.
Ötən gecə ölkənin qərb rayonlarında da güclü qasırğa baş verib. Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yağışlar sabah da davam edəcək, yalnız günortadan sonra kəsəcək.
İlhamə ƏBÜLFƏT