26 May 2016 13:17
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 26-da Yardımlıda vətəndaş qəbulu keçirib.

Teleqraf.com xəbər verir ki, komitə sədri Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşların əksəriyyəti daşınmaz əmlakın qeydiyyatına aid müraciətlərini çatdırıblar.

Müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub. Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Bir sıra müraciətlər isə torpaqların təyinatına və hüquqi rejiminə uyğun istifadəsi barədə olub.

Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün komitə sədri tərəfindən göstərişlər verilib. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər