27 May 2016 09:03
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb.


Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, rayonun Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova bu gecə saxlandığı yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib.


Qeyd edək ki, Pəri Turacova mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya daxil olmuşdu. Müayinə zamanı məlum olmuşdu ki, aprel ayının 1-də onu yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova vaxtında həkimə müraciət etməyib. //APA


Müəllif:

Oxşar xəbərlər