27 May 2016 15:18
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağdaşda vətəndaşları qəbul edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 1-də Ağdaş rayonunda Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Natiq Əfəndiyev
Mob: (050) 211-68-89
e-mail:[email protected]
www.scwra.gov.az


Müəllif:

Oxşar xəbərlər