27 May 2016 17:18
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov jurnalistləri məsuliyyətli olmağa çağırıb.

Teleqraf.com-un məlumatına görə, o, baş verən bütün hadisələrin işıqlandırılmasında jurnalistlərin məsuliyyət daşıdığını bildirib: “Baş verən olayları mətbuatda biz əks etdiririk, eyni zamanda hadisələrin axın istiqaməti ilə bağlı məsuliyyət daşıyırıq. Məsələn, hər hansı bir hadisə ilə bağlı jurnalist məlumat verir, həmçinin o hadisənin fəsadları ilə bağlı məsuliyyəti jurnalist daşıyır.

Mətbuat çox diqqətli və həssas olmalıdır. Hər hansı bir qadının özündən 10 yaşlı kiçik insanla evləoNnməsi təbiidir. Bu, onların şəxsi həyatlarıdır. Şamaxıda baş verən hadisəni götürək, hadisənin mahiyyətinə varmadan, o hadisənin necə baş verdiyini bilmədən, qızla bağlı yalançı müsahibə düzəltmək, onun dilindən açıqlamalar vermək, həmin məqamları ictimaiyyətə çatdırmaq, bütün bunlar medianın təcrübəsizliyindən doğur”.

Mətbuat Şurasının sədrinin fikrincə, media hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırıldıqdan sonra tarixin yaddaşında qalmaq üçün kiçik bir məlumat kimi verə bilər: “Adların açıqlanması birmənalı qaydada Azərbaycanda qüvvədə olan qanunlara zidd olan hərəkətlərdir. Azərbaycan jurnalistlərinin qəbul etdiyi peşə-davranış qaydalarına da ziddir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər