20 İyun 2014 13:46
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Teleqraf.com-a daxil olan xəbərə görə, 10 - 13 iyun 2014 - cü il tarixlərində keçirilmiş Sınq Qiymətləndirmənin nəticələri ilə bakuedu.az saytından istifadə etməklə tanış olmaq mümkündür.

Təhsil Nazirliyi bəyan edir ki, iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla hər müəllim nəticə haqqında məlumat əldə edə bilər. Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilmiş “Müraciət forması”nı doldurmaq tövsiyə edilir. Müraciətlərə 1 (bir) iş günü ərzində cavab veriləcək.

Qeyd:

• Müəllim yuxarıdakı məlumatları şəxsi “Buraxılış vərəqi”ndən əldə edə bilər.

• Üç dəfədən artıq yalnış məlumat daxil etdikdə nəticələrə giriş bağlanır.
Ətraflı məlumatla buradan tanış ola bilərsiniz:

NİGAR


Müəllif: