Təzə ailə quranlara icbari tibbi müayinənin tətbiq olunmasından bu ilin may ayının əvvəlinə qədər 139 min 700 nəfər müayinədən keçib.
Bu sözləri B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Zöhrə Əlimirzəyevanın sözlərinə görə,ötən il iyunun 1-dən may ayının 30-dək müayinədən keçmiş şəxslərin bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar edilib:
“Müayinədən keçmiş 7171 nəfərdə talassemiya daşıyıcılığı, 458 nəfərdə siflis, 85 nəfərdə İİV aşkarlanıb. Ümumilikdə 56 cütlükdə talassemiya daşıyıcılığı üzə çıxıb. Onlardan 5-6 nəfər nikahdan imtina edib.
Talıssemiya daşıyıcılığı olan cütlüklərdən yalnız birində hamiləlik zamanı müayinə nəticəsində uşağın xəstə olduğu müəyyən edilib. Ailə uşağı dünyaya gətirməkdən imtina edib.
Digər müayinələr zamanı uşaqlar ya daşıyıcı olub, yaxud da heç bir xəstəlik və daşıyıcılıq qeydə alınmayıb”.