“İlbəil nikahdan əvvəl icbari tibbi müayinələrin sayı artırılacaq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov jurnalistlərə açıqlamasında deyib.
Çingiz Əsədovun sözlərinə görə, məsələ Nazirlər Kabinetinin qərarından asılıdır: “Növbəti qərar olarnda proqrama daha çox xəstəliklərin müayinəsi daxil ediləcək. Bizim təkliflərimiz hepatitlərdir. Lakin qərarı biz vermirik”.