1 İyun 2016 14:20
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA, Avropa komissiyası və Qafqaz Universitetinin təşkilatçılığı ilə “HORİZON 2020” araşdırma və innovasiya proqramının məlumatlandırma günü öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, tədbirin açılış proqramında universitetin rektoru professor Ahmet Saniç və AMEA-nın beynəlxalq münasibətlər deparatmentinin sədr müavini Zərifə Əliyeva tədbirin və müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışıblar. İki gün davam edəcək tədbirin ilk günü Qafqaz Universitetində keçirilib.

Tədbirdə İnformasiya komnukasiya texnologiyalarının elmi araşdırmalardakı rolu, səhiyyə və rifah, iqlim dəyişgənliyi və ətraf mühit, təhlükəsiz enerji növləri kimi mövzularda çıxışlar, müzakirələr aparılıb.

Xarici qonaqların da iştirak etdiyi tədbir bölümlər üzrə öz işini davam etdirir.


Müəllif: