İnsan Haqları üzrə Birgə İşçi Qrupun iyunun 1-də növbəti iclası keçirilib.
Birgə İşçi Qrupun həmsədri Səməd Seyidov adıçəkilən qrupun sonuncu iclasının ötən ilin dekabrın sonlarında keçirildiyini xatırladıb.
Onun sözlərinə görə, həmin iclas öz-özlüyündə çox vacib və əhəmiyyətli idi: “Çünki həmin iclasdan cəmi bir neçə gün sonra ölkə başçısı növbəti əfv fərmanı imzaladı. Birgə İşçi Qrupun addımları, xüsusilə, buradakı qeyri-dövlət təşkilatlarının nümayəndələrinin ölkə prezidentinə müraciətləri dövlət qurumları tərəfindəın ciddi təhlil olunur, nəzərə alınır və nəhayət, dövlət başçısının imzaladığı fərmanlarda əksini tapır”.
S.Seyidovun dediyinə görə, heç təsadüfi deyil ki, ölkə başçısının 2015-ci ilin 18 mart tarixində verdiyi əfv fərmanı ilə 101, 28 dekabr fərmanı ilə 210 və 17 mart 2016-cı il fərmanı ilə 148 məhbus azadlığa buraxılıb. Üst-üstə götürdükdə 459 məhbus azadlığına qovuşub.
“Hesab edirik ki, Birgə İşçi Qrup həddindən artıq vacib və əhəmiyyətli işlərlə məşğldur. Təsadüfi deyil ki, bəzi qüvvələr çalışırdılar ki, qrupun işinə kölgə salsınlar, hətta, onun fəaliyyətini dayandırsınlar. Ancaq bu, mümkün olmadı, bütün cəhdlər uğursuz oldu. Çünki insan hüquqları ümumbəşəri məsələdir, Azərbaycan da hüquqi dövlətdir. əvəzolunmazdır”- deyə Səməd Seyidov bildirib.
Prezident Administrasiyası (PA) hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov isə bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə hökumət arasında dialoq çox yaxşı, səmərəli, açıq-aşkar şəkildə aparılır.
Ç.Əsgərov deyib ki, MM-də keçirilən ictimai dinləmələrdə, komitələrin iclaslarında, konfranslarda, seminarlarda, dəyirmi masalarda həmişə qeyri-hökumət təşkilatlarının nümayəndələri fəal iştirak edirlər və onların dəyərli rəyləri nəzərə alınır: “İşçi Qrupunda müzakirə olunan məsələlər də nəzərə alınır və lazımi qaydada təqdim olunur. Cənab Prezident İlham Əliyevin son bir neçə əfv barədə qərarlarında məhz bu İşçi Qrupunda müzakirə olunan məsələlər öz əksini tapıb və buna görə də hesab edirəm ki, İşçi Qrupunun fəaliyyəti çox səmərəlidir və faydalıdır”.
Birgə İşçi Qrupun üzvü Sahib Məmmədov da öz növbəsində bildirib ki, qrupun son iclası ötən ilin dekabrında olsa da, iclaslararası dövrdə də xeyli işlər görülüb, müzakirələr, məsləhətləşmələr aparılıb.
Sonra iclas media nümayəndələrinin iştirakı olmadan davam etdirilib.
Nemət