“Bəzi saytlarda “Sovetski”də söküləcək məscidin şəkili səhv yerləşdirilib”.
Bunu Teleqraf.com-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.
Xidmət rəisinin sözlərinə görə, saytlarda yerləşdirilən şəkil Hacı Əbdülrəhimbəy Qulubəyov məscididir: “Bu, sökülməsi nəzərdə tutulmayan məscid deyil. Söküntüsü dayandırılan məscid Mustafa Sübhi küçəsi, 63 ünvanında yerləşir. Bu məscid 2001-ci il yaşayış evi kimi qeydiyyata alınıb”.
Zakir Sultanov deyib ki, Mustafa Sübhü küçəsindəki məscidin sökülməsi ilə bağlı məktub idarəyə daxil olan kimi araşdırılma aparılıb: “Onun tarixi abidə olması ilə bağlı Nazirlər Kabinetinə müraciət etdik. Artıq Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı üzrə məscid binası kimi tarixi-mədəni əhəmiyyət kəsb edən və mühafizə edilən obyektlər siyahısına salınıb. Qeyd edim ki, bu bina Nazirlər Kabinetinin qərarı ilə söküləcək 23 tarixi abidə sırasında idi”.
İlhamə ƏBÜLFƏT